Cəmiyyət

Un məhsulları yağın da qiymətini qaldıracaq? - Ekspertdən payıza YENİ PROQNOZ

10 Avqust 2022 01:01
0 Şərh     Baxış: 1 445
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Buğdanın qiyməti may ayında özünün maksimum qiymətinə çatıb. Belə ki, 1 ton buğda 403, iyunda 380, iyulda 334, avqustda isə 328 dollar qiymətində olub".

Milli.Az xəbər verir ki, bu sözləri Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov bildirib.
Onun sözlərinə görə, qiymətlərdəki bu eniş hələ də davam edir. Buna görə də qiymət artımının olacağı məsələsi hələlik şübhə altındadır:

"Un və un məmulatları və digər ərzaq məhsullarında qiymət artımının olacağı ilə bağlı hazırki vəziyyətdə fikir bildirmək mümkün deyil.

Digər ərzaq məhsullarının qiymətinə gəldikdə isə müəyyən faktorlardan asılı olaraq qiymətlərdə artımı müşahidə edə bilərik. Buna səbəb mövsümü bitmiş məhsullar, eyni zamanda artıq dünya ölkələrinin taxıl əkininə yer ayırmasıdır.

Həmçinin inflyasiyanın daha çox təsir etdiyi məhsullardan biri istifadə olunan qida yağlarıdır. Onlar inflyasiyaya həssas olan ərzaq məhsulları qrupuna daxildir. Çünki digər məhsulların əkin sahələrinin azalması ilə digər ərzaq məhsullarının qiymətində artım gözlənilə bilər", - deyə qeyd edən E.Əmirovun sözlərinə görə, mövcud vəziyyətdə qiymət artımı ilə bağlı yaranan narahatlıq müvəqqəti xarakter daşıyır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.