"Ermənilər qonşuları ilə dinc yanaşı yaşamaq iqtidarında deyillər"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az "Qərbi Azərbaycan İcması"nın sədri Əziz Ələkbərlinin APA-ya müsahibəsini təqdim edir:
- "Azərbaycan Qaçqınlar Cəmiyyəti" İctimai Birliyi "Qərbi Azərbaycan İcması" adı ilə qeyri-kommersiya təşkilatına çevrildi. Ad dəyişdirilməsi hansı ehtiyacdan yarandı? Bundan sonrakı fəaliyyət istiqamətində prioritetlər nələr olacaq?
- 44 günlük Vətən müharibəsi bizə Azərbaycanın 270 illik tarixində analoqu olmayan bir Zəfər yaşatdı. Bu Zəfər regionda hər kəsin hesablaşmaq məcburiyyətində olduğu bir reallıq ortaya qoydu. Bu reallıq 34 ildən bəri fəaliyyət göstərən Azərbaycan Qaçqınlar Cəmiyyəti üçün də öz fəaliyyət istiqamətlərinə yenidən baxmaq zərurəti doğurdu. Azərbaycan Qaçqınlar Cəmiyyəti bu günə qədər, əsasən, 1988-1991-ci illərdə Qərbi Azərbaycandakı ata-baba yurdundan qovulmuş qaçqınların problemləri ilə məşğul olurdusa, bu gün artıq qarşımızda daha böyük hədəflər - son 220 il ərzində Azərbaycanın tarixi torpaqlarında ermənilərin və onların havadarlarının soydaşlarımıza qarşı deportasiya, soyqırımı, etnik təmizləmə, bu ərazilərdə Azərbaycan tarixi-mədəni irsinin və izinin məhv edilməsi siyasətinin ifşası, Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması vəzifəsi durur. Cəmiyyətin bu günə qədərki adı isə bu məzmunu ehtiva etmədiyi üçün onun adını Qərbi Azərbaycan İcması adı ilə əvəz etməyi məqsədəuyğun hesab etdik.
- Təşkilatın Qərbi Azərbaycandan didərgin düşmüş soydaşlarımızın birləşməsində, təşəkkülündə nə kimi rolu gözlənilir?
- Qərbi Azərbaycan məsələsi ümummilli məsələdir, bu coğrafiya son qarışına qədər Azərbaycanın tarixi torpaqlarıdır. Bu ərazidə tək İrəvan xanlığının yox, Qərbi Zəngəzurun timsalında Qarabağ xanlığının, Dərələyəz mahalının timsalında Naxçıvan xanlığının, Dilican dərəsi və Şəmşəddil sultanlığının timsalında Gəncə xanlığının, Borçalının dağlıq hissəsi yerləşir. 44 günlük Vətən müharibəsində biz bir millət olaraq dəmir yumruq kimi birləşdik və Müzəffər Ali Baş Komandanın nümayiş etdirdiyi dəmir iradəsi və qətiyyəti ilə Zəfər qazandıq. Qərbi Azərbaycan uğrunda mübarizədə də eyni milli birliyi nümayiş etdirməliyik.
- Onların hüquqlarının beynəlxalq aləmdə müdafiəsi üçün addımlar atılacaqmı? Mümkünsə hansı addımlar?
- Möhtərəm Prezidentimiz İlham Əliyevin müdrik bir kəlamı var: beynəlxalq hüquq güc deyil, güc beynəlxalq hüquqdur. Lakin əlbəttə, biz Qərbi Azərbaycan həqiqətlərini beynəlxalq müstəviyə çıxarmalıyıq. Erməni yalanlarını, erməni saxtakarlıqlarını sona qədər ifşa etməliyik. Bura 1988-1991-ci illərdə Qərbi Azərbaycandan qovulan soydaşlarımıza dəyən maddi və mənəvi ziyan da daxildir.
- Azərbaycan xalqının hazırkı Ermənistan ərazisində yaratdığı və hazırda çoxu məhv edilmiş zəngin tarixi-mədəni irsin öyrənilməsində hansı işlər görüləcək? O abidələrin vandalizm aktına məruz qalması barədə müəyyən materialların toplanılması və bu materialların beynəlxalq ictimaiyyətin və təşkilatınların diqqətinə çatdırılması yönündə də fəaliyyət göstərməyi düşünürsüzmü? Mən bilirəm ki, sizin bu istiqamətdə əhatəli işləriniz var.
- Qərbi Azərbaycan - indiki Ermənistan ərazisində xalqımızın çox zəngin mədəni-tarixi irsi var. Bu da təsadüfi deyil, çünki əcdadlarımız minillər boyu bu ərazidə yaşayıblar. Qarşımızda duran ən mühüm məsələlərdən biri həmin irsimizə aid materialları toplayıb ortaya qoymaqdır. Bu materialların beynəlxalq ictimaiyyətin və təşkilatınların diqqətinə çatdırılması məsələsində də heç bir problemimiz yoxdur, xarici ölkələrdə bizim xeyli sayda dəyərli soydaşlarımız var və biz onları bu işə səfərbər edəcəyik.
- Bir vaxtlar Qərbi Azərbaycanda yaşamış soydaşlarımızın folklorunun, oradakı qədim yer adlarının, mədəniyyətinin öyrənilib gələcək nəsillərə çatdırılması yönündə də işlər görüləcəkmi?
- Qərbi Azərbaycanla bağlı xalqımıza məxsus bütün dəyərlər öyrəniləcək, biz həmin dəyərlərə sahib çıxmağı bacarmalıyıq və bacaracağıq. İndiyə qədər bu işlər xeyli dərəcədə sistemsiz şəkildə aparılıb, lakin bundan sonra sistemli şəkildə aparılacaq.
- Əslən Qərbi Azərbaycandan olan soydaşlarımızın öz ata-baba yurdlarına qayıda bilməsi üçün İcma hansı işləri görəcək? Bu haqda sizin fikirləriniz nədir? Qayıdış və sülh içində birgəyaşayış mümkündürmü?
- Biz öz tarixi yurdlarımıza, dədə-baba ocaqlarımıza mütləq qayıdacağıq. Bu, bizim tarixi-mənəvi və insani haqqımızdır. Burada qeyri-qanuni heç nə yoxdur, insanlar öz doğma evlərinə qayıtmaq, öz evlərində yaşamaq istəyirlər. Bunu heç kəsə qadağan etmək olmaz. O ki qaldı İcmanın bu yolda hansı işləri görəcəyinə, təbii ki, İcma bu yolda mümkün olan hər şeyi edəcək. "Qayıdış və sülh içində birgəyaşayış mümkündürmü?" sualınıza gəldikdə isə, nəzəri cəhətdən niyə də olmasın? Lakin praktik cəhətdən ermənilərlə bu, mümkün deyil. Çünki tarixi təcrübə göstərir ki, psixoloji cəhətdən xəstə olan bu toplum - ermənilər heç vaxt və heç bir dövrdə öz qonşuları ilə dinc yanaşı yaşamaq iqtidarında deyillər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Üzüm və Şərab Festivalının əyləncə proqramı açıqlanıb - (Video)
-
Gömrükdən keçirilən malların və avtomobillərin bəyan edilməsi qaydaları dəyişdirilib
-
Daxili İşlər Nazirliyinə yeni vəzifə verildi
-
“Bu hadisə milyonda bir belə olmur, şokdayıq” - “Şəki yaylası”nın direktoru
-
“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
-
Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
XƏBƏR LENTİ
-
Dənizdə boğulan övladının axtarışlarının davam etdirilməsini istəyirlər - (Video)
-
“Simge” tanınmaz halda - (Foto)
-
Bu bananları almayın – təhlükəli əlamətlər
-
Mələkxanım Eyubova kürəkəni ilə - (Foto)
-
Gənc yaşda ölən dünya ulduzları
-
Tramp İranla müharibənin başa çatacağı tarixi açıqladı
-
“Sabah” çox yaxşı məşq keçmiş komandadır” - Maykl Kerrik
-
Serhat Kılıçın rolu ona verildi - (Foto)
-
Azərbaycanda “Clean Energy Academy” proqramı fəaliyyətə başlayıb
-
"Məğlubiyyət tamamilə mənim günahımdır" - Ethan Mbappe
-
Günün qoroskopu: Əlinizə pul keçən kimi xərcləməyə tələsməyin
-
Bəzi rayonlarda işıq olmayacaq
-
“Şəki yaylası”ndakı faciəvi hadisədə tros qırılmayıbmış - Təfərrüat - (Video)
-
Mehriban Xanlarovadan Elgizə cavab
-
Kilian Mbappe "Real Madrid"in əfsanəsi Raula çatdı
-
Yeni “iPhone 18” bu qiymətə satılacaq - (Foto/Video)
-
Zelenskinin təyyarəsi az qala PUA ilə vurulacaqdı
-
Çempionlar Liqası: “Barselona” “Feyenoord”u darmadağın edib
-
Sabah Xətai və Nizamidə hərəkət qismən məhdudlaşdırılacaq
-
Almaniyada futbolçu qıza görə komanda yoldaşını öldürdü
-
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
-
İsko UEFA Çempionlar Liqasında eyni ölkənin 5 klubunda oynayan ilk futbolçu olub
-
Lənkəranın turizm imkanları geniş auditoriyaya nümayiş etdirilib - (Foto)
-
Evi yandırıldı, babası öldürüldü, amma o, təslim olmadı: Luka Modriçin həyat hekayəsi - (Foto)





