DYP-dən "Neftçi" - "Rapid" oyunu ilə bağlı müraciət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) "Neftçi" - "Rapid" oyunu ilə bağlı vətəndaşlara müraciət edib.
İdarənin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib ki, azarkeşlər oyun keçirilən əraziyə gələrkən əsasən ictimai nəqliyyata üstünlük versinlər:
"Bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsində ilk oyununda Azərbaycanın "Neftçi" klubu ilə Avstriya "Rapid"i ilə Bakıda, Nizami rayonu ərazisində yerləşən "Bakcell Arena" stadionunda, saat 21:00-da qarşılaşacaq. Əvvəlcədən doğma komandamız "Neftçi" klubuna uğurlar arzulayırıq. Bildiyiniz kimi, "Bakcell Arena" stadionu ictimai nəqliyyat üçün əlverişlidir. Belə k, ərazidə metronun "Xalqlar dostluğu" stansiyasının olması avtobusların hərəkəti üçün tam şəraitin yaradılması bütün nəqliyyat ehtiyaclarını ödəyir. Komandamızın oyununa baxmağa gələn paytaxt sakinlərindən, azarkeşlərindən xahiş edirik ki, həmin ərazidə əsasən ictimai nəqliyyatdan istifadə etsinlər".
Baş inspektor diqqətə çatdırıb ki, yollardakı hər hansı bir hərəkət sıxlığının yaranması həmin ərazidən istifadə edən vətəndaşlara maneçilik törədə bilər. Bu isə zərurət yarandığı təqdirdə "Bakcell Arena" stadionuna paralel və kəsişən küçələrdə hərəkət istiqamətlərinin dəyişdirilməsinə və müvəqqəti bağlanmasına zərurət yarada bilər.
"Bir daha ictimai nəqliyyata üstünlük verməyi və oyunun keçirildiyi əraziyə 1 saat əvvəldən gəlməyi tövsiyə edirik", - DYP rəsmisi vurğulayıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Üzüm və Şərab Festivalının əyləncə proqramı açıqlanıb - (Video)
-
Gömrükdən keçirilən malların və avtomobillərin bəyan edilməsi qaydaları dəyişdirilib
-
Daxili İşlər Nazirliyinə yeni vəzifə verildi
-
“Bu hadisə milyonda bir belə olmur, şokdayıq” - “Şəki yaylası”nın direktoru
-
“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
-
Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
XƏBƏR LENTİ
-
Bu bananları almayın – təhlükəli əlamətlər
-
Mələkxanım Eyubova kürəkəni ilə - (Foto)
-
Gənc yaşda ölən dünya ulduzları
-
Tramp İranla müharibənin başa çatacağı tarixi açıqladı
-
“Sabah” çox yaxşı məşq keçmiş komandadır” - Maykl Kerrik
-
Serhat Kılıçın rolu ona verildi - (Foto)
-
Azərbaycanda “Clean Energy Academy” proqramı fəaliyyətə başlayıb
-
"Məğlubiyyət tamamilə mənim günahımdır" - Ethan Mbappe
-
Günün qoroskopu: Əlinizə pul keçən kimi xərcləməyə tələsməyin
-
Bəzi rayonlarda işıq olmayacaq
-
“Şəki yaylası”ndakı faciəvi hadisədə tros qırılmayıbmış - Təfərrüat - (Video)
-
Mehriban Xanlarovadan Elgizə cavab
-
Kilian Mbappe "Real Madrid"in əfsanəsi Raula çatdı
-
Yeni “iPhone 18” bu qiymətə satılacaq - (Foto/Video)
-
Zelenskinin təyyarəsi az qala PUA ilə vurulacaqdı
-
Çempionlar Liqası: “Barselona” “Feyenoord”u darmadağın edib
-
Sabah Xətai və Nizamidə hərəkət qismən məhdudlaşdırılacaq
-
Almaniyada futbolçu qıza görə komanda yoldaşını öldürdü
-
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
-
İsko UEFA Çempionlar Liqasında eyni ölkənin 5 klubunda oynayan ilk futbolçu olub
-
Lənkəranın turizm imkanları geniş auditoriyaya nümayiş etdirilib - (Foto)
-
Evi yandırıldı, babası öldürüldü, amma o, təslim olmadı: Luka Modriçin həyat hekayəsi - (Foto)
-
Üzüm və Şərab Festivalının əyləncə proqramı açıqlanıb - (Video)
-
Alkoqollu içkilərin idxal rüsumlarına dəyişiklik edilib





