Cəmiyyət

Hərbi liseylərə qəbul imtahanı keçirildi

31 İyul 2022 13:07
Baxış: 929
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İyulun 31-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Müdafiə Nazirliyinin hərbi liseylərinə qəbul imtahanı keçirilib.

DİM-dən bildiriblər ki, imtahan Bakı və Naxçıvan şəhərlərində ümumilikdə 7 binada təşkil olunub.

İmtahanda 1735 abituriyentin (Bakı şəhərində 1345 nəfər, Naxçıvan şəhərində 390 nəfər) iştirakı nəzərdə tutulurdu.

İmtahan saat 10:00-da başlanıb və 2 saat davam edib.

İmtahanın idarə olunmasına 7 ümumi imtahan rəhbəri, 19 imtahan rəhbəri, 157 nəzarətçi-müəllim və 14 buraxılış rejimi əməkdaşı (mühafizə) cəlb edilib.

Avqustun 1-dən etibarən imtahan materiallarının emalı aparılacaq. Yazılı cavab tələb edən tapşırıqların yoxlanılması vaxt tələb etdiyi üçün nəticələrin yaxın 3-4 gün ərzində elan olunması nəzərdə tutulur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.