Cəmiyyət

Nazir ali məktəblərin reytinqlərdə geri olmasının səbəbini açıqladı

29 İyul 2022 20:53
0 Şərh     Baxış: 1 206
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İstənilən ali təhsil müəssisəsinin reytinqini müəyyən edən ən vacib meyar həmin ali təhsil müəssisəsinin həyata keçirdiyi elmi tədqiqatlardır".

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "AzTV" telekanalının "Hədəf" verilişinə müsahibəsində deyib.

"Mənə görə bizim ali təhsil müəssisələrimizin müəyyən mənada reytinqlərdə geri olmasının səbəbindən biri də məhz budur ki, ali məktəblərdə müəyyən elmi tədqiqat işləri var, amma Azərbaycan elə də böyük ölkə deyil və biz öz elmi tədqiqat potensialımızı müxətlif qurumlara parçalayıb fəaliyyət göstəririk. Bu mənada qarşılıqlı əməkdaşlıq ölduqca vacibdir. Əminəm ki, ali təhsil müəssisələri bu mənada elmi tədqiqat institutlarından çox şey öyrənə bilər. Eyni zamanda əksinə", - deyə Əmrullayev bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.