Cəmiyyət

Broud zirvəsini fəth edən azərbaycanlı alpinist Leyla Əliyevaya təşəkkür etdi - FOTO

25 İyul 2022 18:48
Baxış: 1 970
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dəniz səviyyəsindən 8051 metr hündürlükdə yerləşən Broud zirvəsini fəth edən azərbaycanlı alpinist İsrafil Aşurli beynəlxalq alpinizmin həyata keçirilməsinə şərait yaratdığına görə Heydər Əliyev Fonduna və şəxsən Fondun vitse-prezidenti Leyla Əliyevaya minnətdarlığını bildirib.

"37-ci gün. 23.07.2022

12.15. Zirvə fəth olundu! Azərbaycan bayrağı Broud pik üzərində dalğalanır!
Azərbaycan dünyanın 14 "səkkizminlik" zirvəsindən beşincisini qazandı.

Bu ekspedisiyanın gerçəkləşməsinə imkan yaratdıqları üçün Heydər Əliyev Fonduna və şəxsən Leyla xanım Əliyevaya təşəkkür edirəm.

Eyni zamanda, Azərbaycanın Gənclər və İdman Nazirliyinə, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinə dəstək üçün minnətdarlığımı bildirirəm.
Azərbaycan irəli !!!", - deyı o, "İnstagram" hesabında qeyd edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.