Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, polis mayoru İlkin Hüseynov Ağdaş Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini təyin edilib.
O, bundan əvvəl Zaqatala RPŞ-də Cinayət Axtarış Bölməsinin rəisi vəzifəsində çalışıb.
Milli.Az