Cəmiyyət

“Sonalar Sonası” restoranını cərimə gözləyir

20 İyul 2022 08:36
0 Şərh     Baxış: 1 903
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakının Binəqədi rayonunda yerləşən "Sonalar Sonası" restoranı məhkəməyə verilib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, restoran rəhbərliyi İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinin tələblərini pozub.

İttihama görə, restoran tərəfindən ətraf mühitə atılan zərərli maddələrin miqdarı yol verilə bilən normativlərdən artıq olub. Bu maddəyə görə vəzifəli şəxslər 2 500 manatdan 4 000 manatadək məbləğdə, hüquqi şəxslər 10 500 manatdan 12 500 manatadək məbləğdə cərimə edilir.

İşə Binəqədi Rayon Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə baxılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.