Cəmiyyət

Meyitin ekspertizadan keçirilməsinə etiraz edən qohumları morqa hücum etdi - Açıqlama

7 İyul 2022 19:22
0 Şərh     Baxış: 1 308
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beyləqanda yol-nəqliyyat hadisəsi zamanı vəfat edən qadının qohumları ilə polis arasında insident yaşanıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 18:00 radələrində rayonun Günəşli kəndi ərazisində baş verib.

Belə ki, qəza zamanı avtomobildəki qadın sərnişin həlak olub. Hadisə yerinə dərhal polis əməkdaşları cəlb olunub və onlar ekspert müayinəsindən keçirilməsi məqsədilə meyiti morqa aparıblar. Lakin mərhumun qohumları meyitin ekspertizadan keçirilməsinə etiraz edərək morqun binasına girməyə çalışıblar.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətindən "Qafqazinfo"ya bildirilib ki, bir qrup kənd sakini meyitin ekspertizadan keçirilməsinə etiraz əlaməti olaraq morq binasının önünə toplaşıblar:

"Həmin şəxslər polislərin, müstəntiqlərin və ekspertlərin işinə mane olublar. Tələb ediblər ki, meyit müayinədən keçirilmədən onlara təhvil verilsin. Sakinlərə dəfələrlə qanunun tələbləri izah olunub. Lakin onlar buna məhəl qoymadan morqun binasına girməyə cəhd göstəriblər. Kənd sakinləri xəbərdarlıqlara məhəl qoymadığı üçün polis tərəfindən havaya atəş açılıb. Bundan sonra həmin şəxslər sakitləşərək ərazini tərk ediblər.

Meyit ekspert müayinəsindən keçirilib. Qanuna uyğun sənədləşmə işləri tamamlandıqdan sonra ailə üzvlərinə təhvil verilib.

Sakinlərlə Beyləqan Rayon Polis Şöbəsinin rəhbərliyi tərəfindən profilaktik söhbətlər aparılıb və bu kimi halları anlayışla qarşılamaları xahiş olunub".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.