Cəmiyyət

Qadağan olunmuş çimərliklərə üz tutanlar: Siz hər an xəstəliyə yoluxa bilərsiniz - VİDEO

7 İyul 2022 16:30
0 Şərh     Baxış: 1 193
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bəzi çimərliklərdən istifadə tövsiyə olunmasa da, vətəndaşlar kütləvi halda həmin ərazilərə üz tututlar.

Söhbət Türkan, Hövsan, Şıx, Sahil və Sumqayıt çimərliklərindən gedir. Hələ mövsüm başlamazdan əvvəl bu çimərliklərdə zərərli maddələrin olduğu bildirilib. Bununla belə bir çoxları xəbərdarlıqlardan çəkinməyib istirahət üçün həmin ərazilərdə gedirlər. Ancaq müxtəlif xəstəliklər tapacaqlarından ehtiyat edib belə çimərliklərə ayaq basmayanlar da var.

Dermatoloq Sevinc Məmmədova deyir ki, yağlı dəri tipi olan insanlar belə çimərliklərdən istifadə etməməlidirlər. Çünki bu cür dərilər çirkli suya qarşı daha həssasdırlar.

Milli.Az Xəzər xəbər-ə istinadən xəbər verir ki, terapevt Mətanət Cəfərova isə xüsusilə uşaqların bu çimərliklərdən istifadəsini tövsiyə etmir. Həkimin sözlərinə görə, belə sularda patogen bağırsaq çöpləri kifayət qədər çox olur ki, bu da mədə-bağırsaq sisteminin pozulması ilə nəticələnə bilər.

Terapevt həmçinin bildirir ki, miqdarından asılı olaraq,çirkli suyun fəsadları hətta ilk 3 saat ərzində üzə çıxa bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.