Cəmiyyət

General rütbəsi alan polis rəislərinin vəzifələri nə idi?

1 İyul 2022 15:23
Baxış: 3 063
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, sərəncamla Daxili İşlər Nazirliyinin (DİN) aşağıdakı zabitlərinə polis general-mayoru ali xüsusi rütbəsi verilib:

General-mayor rütbəsi verilən polis polkovniki Canpolad Alı oğlu Daanov. Hazırda DİN Polis Akademiyası rəisi vəzifəsində çalışır.

General-mayor rütbəsi verilən digər şəxs polis polkovniki Namiq Zirəddin oğlu Həsənov. DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin rəisi vəzifəsində çalışır.

General-mayor rütbəsi verilən polis polkovniki Vüqar Hidayət oğlu Ələkbərov. Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini vəzifəsində çalışır.

General-mayor rütbəsi verilən polis polkovniki polis polkovniki Sərdar Süleyman oğlu Səfərov. Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini vəzifəsində çalışır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.