Cəmiyyət

Hansı hallarda sadələşdirilmiş vergi ödəmək hüququ yaranır?

1 İyul 2022 21:21
0 Şərh     Baxış: 725
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vergiödəyicisi həm kassa çeki (qəbz), həm də elektron qaimə-faktura ilə rəsmiləşən əməliyyat həyata keçirərsə, bu halda sadələşdirilmiş vergi ödəmək hüququ yaranırmı?

Milli.Az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, məsələyə aydınlıq gətirən Vergi və Dövlət Qulluğu üzrə Tədris Mərkəzinin rəhbəri Təhməz Qaçayevin sözlərinə görə, Vergi Məcəlləsinə əsasən, malların təqdim edilməsini pərakəndə satış qaydasında həyata keçirən vergiödəyicisi, eyni zamanda, malların satışını topdansatış qaydasında həyata keçirdikdə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi ümumi ticarət əməliyyatlarının (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda vergiödəyicisinin sadələşdirilmiş vergi metodunu tətbiq etmək hüququ saxlanılır.

Vergi mütəxəssisi qeyd edib ki, vergiödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər tərəfindən əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergiödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda onun sadələşdirilmiş vergi metodunu tətbiq etmək hüququ saxlanılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.