Cəmiyyət

Bakıda Mitsubishi, Renault , BMW , Chevrolet və Range Rover toqquşub - FOTO

14 İyun 2022 08:43
1 Şərh     Baxış: 1 234
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı-Sumqayıt şossesində zəncirvari qəza zamanı sərnişin xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Sumqayıt şossesində, Beynəlxalq Avtovağzalın qarşısında qeydə alınıb.

"Mitsubishi" markalı avtomobilin qarşısına maneə çıxdığı üçün sürücü qəfil əyləcdən istifadə edib. Eyni istiqamətdə hərəkətdə olan "Renault" , "BMW" , "Chevrolet" , və "Range Rover" markalı avtomobillər ardıcılıqla bir birinə çırpılıb.

Qəza nəticəsində "Chevrolet" markalı avtomobildəki qadın sərnişin xəsarət alıb. Yaralı təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb. Hadisə yerinə Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları cəlb edilib. Avtomobillər cərimə meydançasına yerləşdirilib.

Faktla bağlı avtotexniki ekspertiza təyin edilib. Araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.