Cəmiyyət

İmişlidə fermerə dəyən ziyanı kim ödəyəcək? - VİDEO

13 İyun 2022 18:30
0 Şərh     Baxış: 1 159
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Pambıq sahəsinin dərmanlanması zamanı yol verilmiş səhv fermerin əkdiyi 7 hektar pambıq sahəsinin məhv olmasına səbəb olub. İmişlidən olan fermer Elnur Məmmədov iddia edir ki, müqavilə bağladığı müəssisəsinin aqronomları dərmanlama zamanı dezinfeksiya edilməmiş texnikadan istifadə ediblər. Nəticədə onun əkdiyi məhsul becərilmədən xarab olub. Bəs fermerə dəymiş ziyan ödənəcəkmi? Onu araşdırmışıq.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, qaydalara əməl edılmədən pambıq sahəsinə dərman səpilib. Nəticədə çəkilmiş əziyyət hədər gedib. Bu iddia ilə İmişli rayonu Qızılkənd kənd sakini Elnur Məmmədov çıxış edib. Onun sözlərinə görə ''Azərpambıq ASK''-MMC-nin Pambıq İstehsalı və Tədarükü Məntəqəsi ilə müqavilə bağlayaraq 7 hektar sahədə səpin aparıb. Müəyyən müddətdən sonra zavodun aqronomları tərəfindən əkin sahəsi dərmanlanıb. Sonradan dərmanlanmış ərzailərdə yanmalar müşhaidə olunmağa başlayıb.

Mövcud vəziyyətlə bağlı fermerin müraciətindən sonra zavodun aqronomları sahəyə baxış keçiriblər. Mütəxəssislər bu qənaətə gəliblər ki, qorxulu heç nə yoxdur, yəni fermer becərmə işlərini davam etdirə bilər. Amma Elnur Məmmədov bununla razılaşmayıb. 

Fermerin üzləşdiyi problemlə bağlı ''Azərpambıq ASK''-MMC-nin İmişli Pambıq İstehsalı və Tədarükü Məntəqəsinə üz tutduq. Müraciətimiz əsasında zavodun nümayəndələri və aqronomları yenidən sahəyə baxış keçiriblər. Müşahidələr əsasında fermerə dəymiş ziyanın ödənilməsi barədə akt tərtib ediblər. Belə qərara gəlinib ki, ziyan dəymiş 7 hektar sahənin ortalama məhsuldarlığı götürülsün və  pambıq yığımı mövsümündə zavod tərəfindən fermerə ödəniş edilsin. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.