Cəmiyyət

Universitetdə müzakirələrə səbəb olan ilan elanı ilə bağlı AÇIQLAMA - FOTO

11 İyun 2022 20:00
0 Şərh     Baxış: 1 357
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bir neçə gündür sosial şəbəkələrdə Azərbaycan Mühəndislik Universitetinin həyətində ilanların olması ilə bağlı məlumat paylaşılıb. Bu gün isə ali təhsil ocağının həyətində yerləşən ağaca yapışdırılan elan diqqət çəkib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, eElanda ilan şəkli yer alıb və "Ehtiyatlı olun" deyə xəbərdarlıq edilib.

Universitetin mətbuat katibi Elman Babayev bildirib:

"Universitet rəhbərliyi aiddiyyəti üzrə Abşeron Rayon Gigiyena və Epidemiologiya Mərkəzinə müraciət edib. Bu gün universitetin bütün ərazisi dərmanlanıb, ilanlara qarşı tədbir görülüb"  

Ağaca yapışdırılmış elanla bağlı E. Babayev qeyd edib ki, dərmanlanma işi aparıldığı üçün universitet bağlı olub:

"Şəklin kim tərəfindən yapışdırıldığından xəbərim yoxdur".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.