Cəmiyyət

Baş Prokurorluq əməliyyat keçirdi - Vəzifəli şəxslər saxlanıldı

7 İyun 2022 22:46
0 Şərh     Baxış: 2 735
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Baş Prokuror yanında Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsi Şirvan şəhərində əməliyyat keçirib.

Milli.Az APA-ya istinadən xəbər verir ki,  qanun pozuntuları ilə bağlı daxil olmuş məlumat əsasında keçirilən əməliyyat nəticəsində Milli Arxiv İdarəsinin Şirvan filialının rəisi Hamlet Hüseynov və digər idarə əməkdaşları saxlanılıb.

Məlumata görə, Şirvan Bələdiyyə və Əmlak idarələri əməkdaşları arasında da saxlanılanlar var.

Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, qeyd olunan məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.