Cəmiyyət

Yunis İldırımzadənin oğlu sürücülük hüququndan məhrum edilə bilər

4 İyun 2022 07:08
0 Şərh     Baxış: 1 467
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xətai rayonun sabiq prokuroru Yusif İldırımzadənin qardaşı oğlu, bir müddət əvvəl bağlanan "AmrahBank"ın sahibi Yunis İldırımzadənin oğlu Ülvi İldırımzadə növbəti dəfə məhkəməlik olub.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, o, İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin tələblərini pozub.

Bu maddədə qeyd olunur ki, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır.

İş baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib, hakim Gültəkin Əsədovanın icraatına verilib.

Qeyd edək ki, Ü. İldırımzadə "AmrahBank"ın Müşahidə Şurasının sədri, atası Yunis İldırımzadənin müşaviri olub. O, bank bağlanandan sonra Dövlət Təhlükəsizlik Xidmətinin apardığı yoxlamalar nəticəsində saxlanılıb, daha sonra isə ev dustaqlığına buraxılmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.