Cəmiyyət

Azərbaycanda sayt rəhbərinə CİNAYƏT İŞİ başlandı

31 May 2022 23:06
0 Şərh     Baxış: 896
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Jurnalist Etibar Əliyev (Etibar Toğrul) barəsində cinayət işi başlanıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki,  jurnalist beş nəfərə qarşı külli miqdarda dələduzluq etməkdə ittiham olunur.

Əliyev Etibar Xasay oğlu barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq- külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılaraq ilkin istintaq aparılıb.

Hazırda cinayət işi ilə bağlı toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, Etibar Toğrul "Xəbər var" qəzetində baş redaktor, "Vetenperverler.az" saytında redaktor kimi fəaliyyət göstərib.

O, "XeberBiz.com" və "TehsilXeber.com" xəbər portalının rəhbəridir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.