Cəmiyyət

Təhsil krediti üçün 5 minə yaxın tələbə müraciət edib - VİDEO

31 May 2022 17:52
0 Şərh     Baxış: 474
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaz semestri üçün təhsil tələbə krediti əldə etmək istəyən 5 minə yaxın tələbə Təhsil Tələbə Krediti Fonduna müraciət edib.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Təhsil Tələbə Krediti Fondunun idarə heyətinin sədr müavini Bəhruz Əzimov bildirib ki, sabah yaz semestri üçün təhsil tələbə krediti əldə etmək istəyən tələbələrin müraciətlərinin qəbulu başa çatır.

İndiyədək portala 5 minə yaxın tələbənin müraciəti daxil olub.

Bəhruz Əzimov bəzi müraciətlərə imtina verildiyini qeyd edib. O, kreditin verilmə qaydalarından da danışıb.

Xatırladaq ki, Təhsil Tələbə Krediti Fondunun yaradılmasının başlıca səbəbi təhsildə əlçatanlığın təmin olunması, təhsil almaq üçün bərabərhüquqlu imkanlar yaratmaq və bu sahədə keyfiyyətinin yüksəldilməsidir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.