Cəmiyyət

Lombarddan pul götürənlərin DİQQƏTİNƏ! - Yeni qanuna görə... - VİDEO

30 May 2022 15:07
1 Şərh     Baxış: 1 756
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lombardlarla bağlı yeni qanunvericilik bazası yaradılır. Yeniliklərin əsas məqsədi faizlərin aşağı salınması və lombardalardan kredit götürən şəxslərin hüquqlarının təmin edilməsidir. Millət vəkili Vüqar Bayramov bununla bağlı təfərrüatları xəzər xəbərə açıqlayıb.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, həm faizlər yüksəkdir, həm də qoyulan girovları geri almaqda vətəndaşlar problemlər yaşayırlar. Söhbət lombardlardan gedir.

Millət vəkili Vüqar Bayramov bildirir ki, məhz bu problemlərə görə lombardlarla bağlı qanunvericilik bazasının təsis edilməsinə böyük ehtiyac var. Lombard faizlərinin xeyli yüksək olması vətəndaşları asılı hala salır və borcların geri qaytarılmasını mümkünsüz hala gətirir.

Vüqar Bayramov bildirib ki, bu fəaliyyətin qanunvericilik baxımından təkminləşdirilməsi  vətəndaşların hüquqlarının qorunması baxımdan vacibdir. Çünki, əksər hallarda girovların geri qaytarılması ilə bağlı ciddi narazılıqlar var.

Bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi  həm də lombardlar üzərində dövlət nəzarətinin sistemləşdirilməsinə imkan verəcək. Əgər lombard qanunlar çərçivəsində normal qaydada işləsə bu onlara olan etimadı da artıracaq və gələcəkdə lombardlar vətəndaşlar üçün daha əlçatan olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.