Cəmiyyət

Bu şəxslərə müddətsiz ödəniş ediləcək – Baş nazir QƏRAR İMZALADI

19 May 2022 21:28
0 Şərh     Baxış: 1 523
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çernobılda zərər görən azərbaycanlılara əlillik müddətsiz təyin olunacaq.

Baş nazir Əli Əsədov bununla bağlı Nazirlər Kabinetinin "Əlilliyin qiymətləndirilməsi Qaydası"nda dəyişiklik edilməsi barədə qərar imzalayıb.

Qaydaya yeni bənd əlavə edilib. Yeni bəndə əsasən, Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında" qanunun 11-ci maddəsinin üçüncü hissəsinə əsasən qanunun 5-ci maddəsinin birinci hissəsinin 1-ci bəndində göstərilən şəxslərin əlilliyi Çernobıl qəzası nəticəsində əmələ gəldikdə əlillik müddətsiz müəyyən edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.