Cəmiyyət

Yataqxanada acınacaqlı vəziyyət hökm sürür - Tavan və divarlarında iri çatlar var - VİDEO

17 May 2022 13:54
0 Şərh     Baxış: 796
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mingəçevirdə yataqxanada qalan sakinlər problemlə üzləşiblər. Su borularının sıradan çıxması bir sıra fəsadlar törədib. Sanitar qovşaq və mətbəxlərin tavanından su damır. Bu da iri çatların yaranmasına səbəb olub. Sakinlər vəziyyətin təhlükəli həddə çatdığını deyirlər. 

Su borularının sıradan çıxması nəticəsində mənzillərin sanitar qovşaq və mətbəxlərinə hər yerdən su damır.

Heydər Əliyev prospekti 86 ünvanında yerləşən dördmərtəbəli yataqxana təhlükə saçır. Sakinlər deyirlər ki, hər gün ölüm riski ilə üz-üzədirlər. 

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, məsələ ilə bağlı Mənzil Təsərrüfatı Abadlaşdırma İdarəsindən bildirilib ki, ümumilikdə binanın təmirə ehtiyacı yoxdur. ''Sadəcə borularla bağlı yaranmış problem aradan qaldırılacaq və su axıntılarının ziyan vurduğu divarlar bərpa ediləcək''-deyə açıqlamada qeyd edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.