Cəmiyyət

Satışa çıxarılan toyuqlar bu şəraitdə kəsilirmiş - Saray qəsəbəsində iyrənc vəziyyət aşkarlandı - VİDEO

13 May 2022 13:06
0 Şərh     Baxış: 1 147
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Abşeron rayonunun Saray qəsəbəsində qanunsuz fəaliyyət göstərən quş əti sexi aşkarlanıb.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, sözügedən sex Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional bölməsi tərəfindən keçirilən reyd zamanı müəyyən edilib.

Məlum olub ki, burada toyuqlar anisanitar şəraitdə kəsilir, qablaşdırılır, sonra isə satışa çıxarılır.

Saray qəsəbəsinin Azadlıq küçəsində yerləşən və vətəndaş Ruslan Fətəliyevin fərdi həyətyanı sahəsindəki sexdə antisanitariyanın və normativ qaydaların kobud şəkildə pozulduğu aşkar edilib.

Müəssisə rəhbəri Ruslan Fətəliyev bu işə bir həfətdir başladığını, ona görə də aidiyyəti qurumlardan icazə almadığını etiraf edib.

Aşkarlanan faktla bağlı qanuna uyğun addımların atılacağı bildirilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.