Cəmiyyət

Valideynlər bu bağçadakı yeməklərdən narazıdırlar - VİDEO

7 May 2022 14:15
0 Şərh     Baxış: 887
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Abşeron rayonunda övladları 13 saylı bağçaya gedən valideynlər onların qidalanmasından narazıdırlar.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Abşeron rayonu, Novxanı kəndində bir qrup valideyn 13 saylı körpələr evi-uşaq bağçasında övladlarına nəzərdə tutulan qidanın vermədiyini iddia edirlər.

Onların sözlərinə görə, həftə ərzində uşaqlara makaron və qarabaşaqdan başqa heç nə verilmir. İddia edirlər ki, bəzi hallarda isə uşaqlar evə  ac gəlirlər.

Körpələr evi-uşaq bağçasının müdiri Gülər Nəsibova isə valideynlərin iddiasının tam əsassız olduğunu bildirib. Vurğulayıb ki, 113 yerlik, 6 qrupluq bağçada uşaqlara qida nəzərdə tutulmuş menyu əsasında verilir. Gün ərzində verilən yeməklərdən nümunələr saxlanılır.

Məsələ ilə bağlı Abşeron rayon Təhsil şöbəsindən isə bildirildi ki, valideynlərin şikayəti əsasında uşaq bağçasında araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.