Cəmiyyət

Əhalinin nəzərinə: İstilik xidmətinin dəyəri fərqli qaydada hesablanacaq - VİDEO

7 May 2022 16:52
Baxış: 1 595
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda istilik təchizatı sahəsində islahatlar aparılacaq. Bu istiqamətdə müəyyən tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Prosesə beynəlxalq məsləhətçi şirkətlər cəlb edilməklə islahatlar proqramı hazırlanacaq.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev "Xəbər Ertəsi"nə deyib ki, görüləcək əsas işlərdən biri istilik və isti su təchizatının sayğaclaşdırılması ilə bağlıdır.

Rafiq Əliyev bildirir ki, xərclərin optimallaşdırılması üzrə də müvafiq tədbirlər nəzərdə tutulur. Eyni zamanda, vətəndaş müəyyən müddət ərzində mənzildə yaşamırsa və istilik təchizatı xidmətlərindən yararlana bilmirsə, borc yaranmaması üçün sözügedən quruma müraciət etməli olacaq.

Qurum rəsmisi həmçinin qeyd edib ki, yeni islahatlar proqramında vətəndaşların ötən illərdən qalanborclarının silinməsi məsələsi nəzərdə tutulmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.