Cəmiyyət

Zaqatalada avtomobili ağaca çırpılıb

5 May 2022 21:24
0 Şərh     Baxış: 575
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Zaqatalada minik avtomobili ağaca çırpılıb, sürücü xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun Zaqatala rayonu ərazisindən keçən hissəsində baş verib.

1979-cu il təvəllüdlü Zaqatala rayonu Əliabad qəsəbə sakini Taleh Musa oğlu Balabeyev idarə etdiyi "Lada 21214" markalı 62 BJ 522 dövlət nömrə nişanlı minik avtomobili ilə Qax rayonundan Zaqatala istiqamətində hərəkətdə olarkən, idarəetməni itrib.

Bundan sonra maşın yolunun kənarındakı ağaca çırpılıb.

Qəza zamanı xəsarət alan sürücü T. Balabeyev Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Müayinə zamanı ona döş qəfəsinin küt travması dioqnozu qoyulub. T. Balabeyevin xəsarəti yüngül olduğundan ambulator müalicə almaq şərti ilə evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.