Cəmiyyət

Kəndli su tapmır: Əkinlər qurumaq üzrədir - VİDEO

2 May 2022 14:35
0 Şərh     Baxış: 1 013
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu günə kimi min hektara yaxın bağ və əkin sahəsinin cəmi 15%-ni sulaya bilmişik. Xaçmaz rayonu Üçgün kənd sakinləri belə bir iddia ilə "Xəzər Xəbər"ə müraciət ediblər. Kənd camaatı deyir ki, problemə səbəb məhz bu kəndə suyun az verilməsidir. Aidiyyəti qurumun da mövqeyini öyrəndik. Onlar isə günahı sakinlərdə  gördülər.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, kənd sakinlərinin əsas dolanışıqları bağçılıq və əkinçilikdən olsa da, su çatışmazlığı ucbatından bu imkanlarından da məhrum olmaq üzrədirlər. Bu, Xaçmaz rayonunun Üçgün kənd sakinlərinin iddiasıdır. Onların sözlərinə görə, 1000 hektara yaxın bağ və əkin sahəsinin cəmi 15%-i suvarılıb.

Yergüc Sudan İstifadə Edənlər Birliyinə daxil olan Üçgün kənd tarla agenti kəndlər arasında suyun düzgün bölünməməsini əsas gətirdi.

Yergüc Sudan İstifadə Edənlər Birliyinin sədri Niftəli Əspəndiyəv "Xəzər Xəbər"ə açıqlamasında bildirdi ki, problem təsərrüfat sahiblərinin növbəyə riayət etməmələrindən qaynaqlanır...

Qeyd edək ki, Üçgün kənd sakinləri bağlarına suyu Samur Abşeron su kanalından və Qudyalçay çayından götürürlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.