Cəmiyyət

Şuşa 24 saat içməli su ilə təmin olunacaq - VİDEO

28 Aprel 2022 16:48
Baxış: 990
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şuşanın su təchizatı ilə bağlı bütün fəsillər üçün qiymətləndirmə aparılıb. Şəhərdə yarana biləcək su çatışmazlığını aradan qaldırmaq məqsədilə su anbarı tikiləcək. "Azərsu" ASC-nin mətbuat katibi Anar Cəbrayıllı  jurnalistlərə açıqlamasında  bildirib ki, hazırda məqsəd Şuşada su təchizatını 24 saat fasiləsiz rejimdə təmin etməkdir.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Şuşada yarana biləcək su çatışmazlığını aradan qaldırmaq üçün su anbarı tikiləcək.

"Azərsu" ASC-nin mətbuat katibi Anar Cəbrayıllı  jurnalistlərə açıqlamasında  bildirib ki, hazırda məqsəd su təchizatını 24 saat fasiləsiz rejimdə təmin etməkdir. Sovet dövründə su fasiləli qrafiklə olub deyə qurum rəsmisi qeyd edib.

Anar Cəbrayıllı vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərdə içməli su mənbələri ilə bağlı heç bir problem yoxdur, çünki orada yeraltı və yerüstü su mənbələri var.

Onu da qeyd edək ki, Media nümayəndələrinin içməli və tullantı su sektoru ilə bağlı bilik və təcrübələrinin artırılması məqsədilə "İçməli və tullantı su təsərrüfatının inkişafı və qarşıda duran vəzifələ" mövzusunda  Azərsu və Medianın İnkişafı Agentliyi ilə birgə təlim keçirilib. Təlim və İnnovasiyalar Mərkəzində təşkil olunan tədbirdə 40-dan artıq media orqanının nümayəndələri iştirak edib. İştirakçılar Təlim və İnnovasiyalar Mərkəzi və mərkəzin təcrübə poliqonunda yaradılmış şəraitlə tanış olublar. bildirib ki, təlimin keçirilməsində məqsəd son dövrlər müşahidə olunan iqlim dəyişiklikləri, su ehtiyatları və onlardan səmərəli istifadə, əhalinin içməli və tullantı su xidmətlərindən istifadəsinin yaxşılaşdırılması sahəsində mətbuat nümayəndələrinin bilik və təcrübələrini artırmaq, onların bu sahədə ixtisaslaşmasına dəstək göstərməkdən ibarətdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.