Cəmiyyət

Bakıda ağır qəza baş verib, ölən və yaralanan var - FOTO

14 Aprel 2022 08:18
0 Şərh     Baxış: 1 371
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda ağır yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində ölən və yaralanan var.

Ziya Bünyadov prospektində Şahin İsayev idarə etdiyi "Toyota" markalı avtomobildə sükana nəzarəti itirib.

Avtomobil idarəetmədən çıxaraq beton yolayrıcına çırpılıb.

Qəza nəticəsində sürücü Ş.İsayev hadisə yerində ölüb.

Sərnişin 1992-ci il təvəllüdlü Bayramov Mahir Əliqulu oğlu isə ağır bədən xəsarətləri alaraq 3 nömrəli şəhər xəstəxanasına yerləşdirilib.

Onun vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.