Cəmiyyət

Bakı metrosunun 28-ci stansiyası tikilir - VİDEO

9 Aprel 2022 14:36
0 Şərh     Baxış: 1 230
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Metronun bənövşəyi xətti üzrə Cəlil Məmmədquluzadə küçəsində Heydər Əliyev adına İdman-Konsert Kompleksinin arxasındakı ərazidə yerləşəcək şərti adı "B-04" olan stansiyanın inşasının ikinci mərhələsi yekunlaşmaq üzrədir.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, stansiyanın tikintisi başa çatdırılandan sonra avadanlıqların quraşdırılmasına başlanacaq.

"B-04" stansiya kompleksinin ümumi uzunluğu 170, dərinliyi ərazinin relyefindən asılı olaraq 29-32 metr olmaqla dörd səviyyədə nəzərdə tutulub.

Stansiyanın ikinci mərtəbəsi isə keçid funksiyalı olacaq. Bura vasitəsilə həm də gələcəkdə inşası nəzərdə tutulmuş və Binəqədi qəsəbəsi ilə Bibiheybəti birləşdirəcək sarı xəttin "S-06" stansiyasına keçmək mümkün olacaq.

"B-04"  metropolitenin 28-ci stansiyası olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.