Cəmiyyət

Bakıda piyada səkiləri zəbt edilir - Tədbir görüləcəkmi? - VİDEO

30 Mart 2022 18:30
0 Şərh     Baxış: 842
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda avtomobillər piyada səkilərini zəbt edir.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət Nərimanov rayonu, Koroğlu Rəhimov və Yahya Bakuvi küçələrinin kəsişməsindən gedir.

Sürücülər avtomobillərini səkidə park etdiklərindən piyadalar yolun hərəkət hissəsinə çıxmağa məcbur qalırlar ki, bu da onların həyatı üçün ciddi təhlükə yaradır.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, avtomobillərin səkilərdə park edilməsi qayda pozuntusu olmaqla yanaşı, həm də piyadaların hərəkət təhlükəsizliyi baxımından risk yaradır. Qeyd edilib ki, mütəmadi olaraq bu cür qayda pozan sürücülərə qarşı inzibati tənbeh tədbirləri görülür. Həmçinin, avomobillərin səkilərdə parklanmasının qarşısını almaq üçün tumbalar quraşdırılır. Bu ərazidə də anoloji tədbirlərin görülməsi nəzərdən keçiriləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.