Cəmiyyət

Yaz allergiyasının səbəbləri: Qarşısını necə alaq? - VİDEO

30 Mart 2022 18:42
0 Şərh     Baxış: 776
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yaz gəlir, təbiət oyanır, insanların əhval-ruhiyyəsi yüksəlir. Ancaq təbiətin oyanmasının müsbət təsirləri ilə yanaşı, mənfi fəsadları da var. Belə ki, bəzi insanlar yaz fəsli başlayar-başlamaz allergiyadan əziyyət çəkməyə başlayırlar. Çiçəklərdə gedən tozlanma prosesi onlarda allergik reaksiyalar əmələ gətirir.  Həsən Ağacanov da 6 ildir bu xəstəlikdən yaxa qurtara bilmir. Aldığı müalicələr isə hələ ki, bəhrəsini verməyib.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Həsən Ağacanov deyir ki, allergiyanın yaratdığı daha bir problem insanların ondan uzaqlaşmasıdır. Çünki, simptomları oxşar olduğu üçün onu koronavirus xəstəsi hesab edirlər.

Həkim-allerqoloq Aysel Mehdiyevanın bildirir ki, hər il mart ayında sözügedən allergiya növü ilə bağlı şikayətlər artır. Əlamətlər isə fərqli olur.

Aysel Mehdiyevanın sözlərinə görə, bu mövsümi allergiyanın spesifik müalicəsi var. Ancaq belə xəstələr vaxtında həkimə müraciət etməsələr, orqanizmdə ciddi fəsadlar yarana bilər.

Həkimin fikrincə, allergiyanın müalicəsinə fəslin əvvəlində başlamaq daha məsləhətlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.