Cəmiyyət

Bu yolda sürücülər qaydaları kütləvi şəkildə pozurlar - Yol polisi hərəkətə keçdi - VİDEO

25 Mart 2022 11:24
0 Şərh     Baxış: 2 647
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda qaydaları kütləvi olaraq kobud şəkildə pozan sürücülər kameraya düşüb.

Milli.Az xezerxeber.az-a istinadən xəbər verir ki, paytaxtın Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində bununla bağlı görüntülər yayılıb.

Tıxac olduğunu görən sürücülər piyadaların keçidi üçün nəzərdə tutulmuş beton arakəsmənin üzərindən keçərək intensivliyin az olduğu əks istiqamətli yola çıxıblar.

Ətrafda yaşayanlar şifahi olaraq bildirdilər ki, günün pik saatlarında yolda sıxlıq olan kimi bəzi sürücülər həmin ərazidə qaydanı pozurlar.

Kadrlardan da aydın olur ki, öz yolu ilə hərəkət edən sürücülər məcbur qalıb qayda pozanlara yol verirlər. Bu həm də yolda süni sıxlığa səbəb olur.

Görüntüləri izləyən Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru Araz Əsgərli bildirdi ki, həmin sürücülər barəsində ciddi tədbir görüləcək.

Araz Əsgərli deyir ki, ərazidə olan müşahidə kameralarına baxış keçiriləcək, əks yola çıxan sürücülərin hər biri inzibati qayda cərimə olunacaq. ''Yolda tıxacın olması sürücülərə qayda pozuntusu törətməyə əsas vermir'',-deyə Araz Əsgərli əlavə edib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.