Cəmiyyət

Azərbaycanda güclü yangın - VİDEO

22 Mart 2022 23:38
1 Şərh     Baxış: 2 340
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Goranboyda yanğın baş verib.

Hadisə rayonun Gülməmmədli kəndində qeydə alınıb.

10 hektara yaxın ərazidə qamışlıq sahəsində anidən yanğın başlayıb.

Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Goranboy Rayon Yanğından Mühafizə hissəsinin yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Küləkli hava yanğının söndürülməsində çətinlik yaradır.

Yanğının yaşayış evlərinə keçməməsi üçün yanğınsöndürənlər tərəfində tədbirlər aparılır.

Goranboyda baş verən yanğınla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Nazirlikdən verlən xəbərə görə, qurumun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Goranboy rayonunun Qırıqlı kəndi yaxınlığında yanğın olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

İlkin məlumata əsasən, açıq ərazidə 1 ha sahədə qamışlıq yanır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.