Cəmiyyət

Yaz fəsli Azərbaycana daxil olub

20 Mart 2022 19:39
0 Şərh     Baxış: 1 266
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün saat 19:33-də yaz fəsli Azərbaycana daxil olub.

AMEA-nın N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Milli.Az-a verilən xəbərə görə, bu zaman gecə ilə gündüz bərabərləşib.

Günəş ekliptika üzrə hərəkət edərək Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçib. Həmin andan etibarən Şimal yarımkürəsində yaz fəsli başlayıb.

Qeyd edək ki, Şimal yarımkürəsində yaz fəsli iyun ayının 21-ə qədər davam edəcək. İyunun 21-i saat 13:13-də yay fəsli yazı əvəz edəcək. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən kiçik bucaq əmələ gətirəcək və ya Günəş həmin gün günorta vaxtı üfüqdən maksimum hündürlükdə (73⁰.1) olacaq. Həmin gün ən uzun gündüz və ən qısa gecə qeydə alınacaq. Gündüzün uzunluğu 15 saat 3 dəqiqə 24 saniyə, gecənin uzunluğu isə 8 saat 56 dəqiqə 36 saniyə olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.