Cəmiyyət

Son sutkada bu qədər vaksin vuruldu

17 Mart 2022 18:38
Baxış: 604
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 16 552 vaksin vurulub.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Gün ərzində birinci doza vaksinlərin sayı 818, ikinci doza vaksinlərin sayı 1 815 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 13 119-dur. Pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 800 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 320 490, birinci doza peyvəndlərin ümumi sayı 5 317 085, ikinci doza vaksinlərin sayı 4 809 138 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 2 972 338, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı isə 221 929 olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.