Cəmiyyət

Ukraynada öldürülən azərbaycanlıların nəşi Gəncəyə gətirilib - VİDEO - FOTO

16 Mart 2022 07:43
0 Şərh     Baxış: 1 709
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fevralın 27-də Ukraynadan Moldovaya keçmək istəyən zaman qətlə yetirilən azərbaycanlıların nəşi Gəncənin Gülüstan qəsəbəsinə gətirilib.

Milli.Az APA-ya istinadən bildirir ki, onlar səhər Göygöldə dəfn olunacaqlar.

Xatırladaq ki, 27-i ferval tarixində qohumluq əlaqələri olan 40 nəfərdən artıq 8 avtomobilddən ibarət həmyerlilərimiz Odessa vilayətindən Moldova istiqamətində şəxsi təşəbbüsləri ilə təxliyəyə çalışan zaman Kuçurqan sərhəd keçid məntəqəsində naməlum şəxslərin silahlı hücumuna məruz qalıb. İsmayılov Rəhim Əli oğlu, onun qardaşı Nemət İsmayılov və Azər İsmayılov dünyasını hadisə yerində, 25 yaşlı Camal Salmanov isə xəstəxanada dünyasını dəyişib. Həmin şəxslər əslən Kəlbəcər rayonundandır və Gəncə şəhərində məskunlaşıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.