Cəmiyyət

Ukraynadan təxliyə olunan tələbələr hansı universitetlərə yerləşdirilə bilər? - VİDEO

15 Mart 2022 18:18
0 Şərh     Baxış: 1 036
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynadan təxliyə edilən soydaşlarımız arasında çoxlu sayda azərbaycanlı tələbələr də var. Bu tələbələrin təhlükəsizliyi təmin olunub, hazırda ölkəmizdədirlər. Ancaq indi onları narahat edən daha bir məqam da var. Onların təhsillərinin aqibəti necə olacaq? Ekspertlər bildirir ki, bunun üçün müvafiq qərarlar qəbul olunmalı və onların ölkəmizdəki üniversitetlərə köçürülməsi təmin edilməlidir. Qeyd edək ki, hazırda Ukraynada 9 minə yaxın azərbaycanlı gənc təhsil alır. 

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, hazırda Ukraynada davam edən müharibə  Pərviz İsgəndərli kimi minlərlə Azərbaycanlı gəncin  təhsilini yarımçıq qoyub. Təhsil eksperti Kamran Əsədov  bildirib ki, belə tələbələrin artıq orada təhsil alması mümkünsüzdür. 

Görünən odur ki, yaxın  illərdə də dağıntılar səbəbindən Ukraynada normal təhsil mühiti bərpa edilməyəcək deyə təhsil eksperti  qeyd edib.

İndidən onların siyahıya alınması təşkil edilməlidir. Bunun üçün müvafiq qərarlar qəbul olunmalı və onların köçürülməsi təmin edilməlidir  deyə Kamran Əsədov vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.