Cəmiyyət

“Onu vaxtsız itirdik” - Ukraynada həlak olan Elnur Əmrahovun qızı - VİDEO

12 Mart 2022 15:06
1 Şərh     Baxış: 2 312
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Ukrayna hərbi müdaxiləsi zamanı yüzlərlə  mülki vətəndaş həlak olub. Onların bəziləri təxliyə olunan zaman, bəziləri isə yaralılara kömək edərkən dünyasını dəyişib. Həlak olanlardan biri də Elnur Əmrahovdur.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Elnur Əmrahov 2 il bundan öncə Azərbaycandan Ukraynaya  gedib. Burada mağazada işləyən Elnur ailəsi ilə mütəmadi olaraq əlaqə  saxlayıb. Sonuncu telefon danışığı isə fevralın 25-də olub. Elnur Əmrahov Çernikov şəhərində yarılılara könüllü olaraq köməklik edib.

Durna Süleymanovanın sözlərinə görə, həyat yoldaşının ölüm xəbərini ona Elnurun dostları bildirib. Hazırda Ukraynada morqda qalan meyitin hələlik ölkəyə göndərilməsinin mümkün olmadığını bildiriblər.

Elnurun 16 yaşlı qızı Fatimeyi Zəhra da atası haqqında danışıb.

"Onu vaxtsız itirdik" deyərək kövrəlib.

Hazırda ailənin tək istəyi Elnur Əmrahovun nəşinin Azərbaycana gətirilməsidir.

Verilən məlumata görə, Ukraynadakı hadisələr zamanı indiyə kimi 10-a yaxın azərbaycanlı dünyasını dəyişib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.