Cəmiyyət

Azərbaycanda elektromobillər artır - Enerjidoldurma məntəqələri niyə yoxdur? - VİDEO

2 Mart 2022 17:24
0 Şərh     Baxış: 1 250
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hazırda Azərbaycanda, xüsusilə də, Bakıda elektriklə işləyən avtomobillərə də tez-tez rast gəlmək mümkündür. Ekoloji cəhətdən əlverişli sayılan bu nəqliyyat vasitələri həm də sürücülər üçün sərfəlidir. Ancaq elektromobillərin də özlərinə görə problemləri varmış. Paytaxtda belə avtomobillər üçün kifayət qədər elektrik yükləmə yerləri yoxdur. Sürücülər deyir ki,  bəzən bununçün kilometrlərlə məsafə qət edirlər. Burada isə onları bir neçə saatlıq növbə qarşılayır. 

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, daha bir problem isə elektrik yükləmə məntəqələrinin bəzilərinin işlək vəziyyətdə olmamasıdır. 

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, elektromobillərin sayı artdıqca elektrik yükləmə məntəqələrinin də sayı paralel olaraq artırılmalıdır. Ekspertin sözlərinə görə, Azərbaycanda elektromobilləşmə prossesi gözlənilənlərdən zəif gedir. 

Dövlət Gömrük Komitəsindən xəbər ertəsinə bildirildi ki, elektromobillər əlavə dəyər vergisindən azad edildikdən sonra bu nəqliyyat vasitələrinin ölkəyə gəlişində artım müşahidə olunub. Belə ki ötən ilin yanvar ayında Azərbaycana cəmi 3 elektromobil gətirilibsə, bu ilin eyni dövründə bu rəqəm 13-ə çatıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.