Cəmiyyət

Divarlar çatlayıb, tavan tökülür - Dəymədağlı kənd məktəbi qəzalı vəziyyətdədir - VİDEO

28 Fevral 2022 17:54
0 Şərh     Baxış: 1 201
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bərdənin Dəymədağlı kəndinin tam orta məktəbinin yerləşdiyi bina uzun illərdir təmir edilmədiyindən uçub-dağılmaq üzrədir. Birmərtəbəli binanın taxta döşəməsi çürüyüb, sinif otaqlarında dərin çatlar yaranıb. Bu məktəb binası nə vaxt yenilənəcək? 

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, divarlar çatlayıb, tavan tökülür, döşəmənin vəziyyəti isə adını çəkdiklərimizdən heç də geri qalmır.

Sinif otaqlarının qapıları isə çürüyərək deşik deşik olub.

Məktəbin damı dağıldığından yağan yağış birbaşa sinif otaqlarına tökülür. Pəncərələrin, qapıların qırılmış yerlərinə taxta parçaları ilə yamaq vurulub.

Müəllimlərin sözlərinə görə, bina  mövsümə uyğun müxtəlif həşəratlar üçün də məskənə çevrilir. Döşəmədəki iri deşiklərdən vəziyyəyin nə qədər acınacaqlı olduğu görünür. Məktəb binası tam yararsız hala düşdüyündən qışda qızdırılması da çətindir. Bununla belə, sinifləri odun yandırmaqla isitməyə çalışırlar.

Məsələylə bağlı Bərdə rayon təhsil şöbəsindən bildirilib ki, məktəbin qəzalı vəziyyətdə olması ilə bağlı təhsil nazirliyinə məlumat verilib. Yeni məktəb binasının tikintisi üçün lahiyə işləri aparılıb. Yeni binanın tikintisi nəzərdə tutulub, ancaq nə vaxt tikiləcəyi məlum deyil.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.