Cəmiyyət

Tanınmış aktyorların məzarları tanınmaz halda - VİDEO

23 Fevral 2022 20:18
1 Şərh     Baxış: 1 761
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanın tanınmış aktoyorlarının məzarları tanınmaz hala düşüb.

Söhbət Hüseynağa Sadıqov, Yusif  Vəliyev və Fazil Salayevin qəbirlərindən gedir.  Yəqin ki, bu adlar bir çoxumuza tanışdır. Onlar bütün ömrünü Azərbaycan mədəniyyətinə, teatr, kino sənətinə həsr edən, sevilən obrazları canlandıran aktyorlarımız, incəsənət xadimlərimizdir. Ancaq nədənsə Xalq artisti, eləcə də neçə-neçə fəxri ad və mükafatlar alan bu sənətkarların  məzarları bu gün təəssüf ki, baxımsız vəziyyətdədilər.

Məzarı baxımsız vəziyyətdə qalan Yusif Vəliyev dövrünün qeyri-adi səhnə danışığı, dramatik-psixoloji rolları ilə tamaşaçıların sevgisini qazanıb. Elə bu zəngin yaradıcılığı ilə də Gənc Tamaşaçılar Teatrında aktyor məktəbi yetişdirib.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, qəbiristanlığı gəzərkən tanınmış kino aktyoru, "Şərikli" çörək filminin "qırçı Məhəmmədi", "Mozalandan" da tanıyıb sevdiyimiz Fazil Salayevin də məhz burada dəfn edildiyini öyrənirik. Ancaq vaxtilə rolları ilə tamaşaçıların üzündə təbəssüm yaradan aktyorumuzun məzarının baxımsızlığı bizi kədərləndirir.

Təəüsüf hissi ilə ziyarət etdiyimiz növbəti məzar isə Xalq artisti, Azərbaycanın opera müğənnisi, Məcnun, Kərəm, Şeyx Sənan obrazlarını canlandırmış Hüseynqulu Sarabskinin ailə üzvlərinin qəbirləri olur.

Mövzuya münasibət bildirən millət vəkili Ceyhun Məmmədov deyir ki, mədəniyyət və incəsənət xadimlərinin adları sənədlərdə, arxivlərdə əbədiləşdirildiyi kimi onların məzarları da xüsusi diqqətdə saxlanmalıdır.

Ceyhun Məmmədov bildirir ki, bu gün belə qəbirlərə diqqət ayrılmasa, gələcəkdə onların tanınması daha çətin olar.

Mədəniyyət Nazirliyindən "Xəbər Ertəsi"nə bildirildi ki, hər hansı bir mədəniyyət xadiminin məzarının hazırkı durumu ilə maraqlanmaq heç bir şəkildə  bu qurumun səlahiyyətləri çərçivəsində deyildir: "Bu tipli işlərin görülməsi nazirliyə daxil olan sorğular əsasında araşdırılır. Əgər lazım bilinərsə, bu istiqamətdə işlər görülür".

Milli.Az "Xəbər Ertəsi"nin mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.