Cəmiyyət

Məşhur general və xanımı koronavirusa yoluxub

15 Fevral 2022 14:23
0 Şərh     Baxış: 2 356
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fövqəladə Hallar Nazirliyinin generalı və xanımı koronavirusa yoluxub.

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi, general-leytenant Şahmar Paşayev və xanımı hazırda Məhəmmədi qəsəbəsində yerləşən modul tipli xəstəxanada müalicə alırlar.

Qeyd edək ki, polkovnik Şahmar Paşayev Şamaxı Rayon Polis Şöbəsinin (RPŞ) rəisi vəzifəsindən azad edildikdən sonra FHN-in Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyinin rəisi vəzifəsinə daha sonra Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi vəzifəsinə gətirilib.

Xatırladaq ki, Şahmar Paşayev daxili işlər orqanalrının da məşhur simalardan biri idi. O, müxtəlif rayonların polis rəisi, Bakı Şəhər Polis İdarəsinin isə rəis müavini vəzifələrində çalışıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.