Cəmiyyət

Tərtərdə ermənilərin raket hücumundan ziyan görmüş ev təmir edilmir? - VİDEO

14 Fevral 2022 16:26
0 Şərh     Baxış: 937
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tərtərdə evin divarlarında əyilmələr yaranıb, tavanında  çatlar əmələ gəlib.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, 44 günlük Vətən müharibəsində Ermənistan silahlı qüvvələri Tərtər rayonunun Düyərli kəndini ağır atıcı silahlardan və raketlərdən atəşə tutması nəticəsində insanların mülkiyyətinə və evlərinə xeyli ziyan dəyib.

Qəzalı vəziyyətə düşən evlərdən biri də Abuzərovlar ailəsinə aiddir. Düşmən ordusu kəndi atəşə tutan zaman bir neçə top və qrat mərmisi fərdi yaşayış evinin yaxınlığına düşüb. Nəticədə bir mərtəbəli, iki otaqlı evin hasarlarında çat və əyilmə yaranıb. Evin dam örtüyü isə yararsız vəziyyətə düşüb.

Abuzərovlar ailəsi evin yenidən əsaslı bərpası ilə bağlı rayon icra hakimiyyətinə dəfələrlə müraciət etdiklərini deyir.

Məsələ ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətindən bildirilib ki, Nazirlər Kabinetinin tapşırığına əsasən, ayrılmış komissiya müharibədən sonra evə baxış keçirib və dəymiş ziyanın miqdarı hesablanıb. Ev sahibinə 1000 manat nağd pul və müəyyən tikinti materialları təqdim edilib. Bu isə təmir işinin aparılması üçün kifayət edir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.