Cəmiyyət

Erməni vandalizmi: Səlim karvansarasının bir tərəfi partladılıb - VİDEO

14 Fevral 2022 16:02
0 Şərh     Baxış: 952
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənilərin xüsusi ilə zərər vurduğu abidələr arasında islam dövrü abidələri, məscidlər, qəbiristanlıqlar, türbələr və karvansaralar çoxluq təşkil edir.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Dərələyəz ərazisində Səlim aşırımında 1329-cu ildə Elxanilər hökmdarı Əbuseyid Bahadur tərəfindən inşa edilmiş Səlim Karvansarası da erməni vandalizminə məruz qalıb.

Hündürlüyü 1 metr 80 santimetr, eni 1 metr 30 santimetr olan abidənin giriş qapısı isə dövrümüzə salamat çata bilib. Anadoludan Çinə qədər ticarət yolunun üzərində inşa edilmiş bu tarixi abidə yenidən təmir edilə bilər. Bu isə indi böyük bir regionu birləşdirəcək Zəngəzur dəhlizinin açılması ilə mümkündür.

Tarixçi Faiq İsmayılov bildirib ki, abidənin ən son vəziyyəti ilə bağlı  məlumatlara sahib olmaq üçün YUNESKO-ya müraciət edilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.