Cəmiyyət

Sabirabadda 54 yaşlı qadını avtomobil vurub

13 Fevral 2022 21:57
0 Şərh     Baxış: 788
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabirabadda avtomobilin vurduğu 54 yaşlı qadın ağır xəsarətlər alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun girişində magistral yolun Qalaqayın kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"Mercedes" markalı avtomobil yolu keçən Qalaqayın kənd sakini, 1968-ci il təvəllüdlü Muradova Nəzakət İslam qızını vurub. Piyada ağır xəsarətlərlə Şirvan şəhər mərkəzi xəstəxanasına yerləşdirilib. Yaralı qadın çoxsaylı sınıq xəsarətləri və daxili qanaxma diaqnozu ilə əməliyyata götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.