Cəmiyyət

Müsəlmanlara əziyyət verməyin haram olmasi barədə

26 Fevral 2022 22:40
0 Şərh     Baxış: 747
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Imam Tirmizinin öz toplusunda verdiyi hədis (4/331, 2032) aşağıdakı şəxslərə istinadən rəva-yət edilir: Yəhya ibn Əksəm Carud ibn Müaz, Fəzl ibn Musa, Hüseyn ibn Vaqid Övfi ibn Dəlhəm, Nafi və Ibn Ömər: "Peyğəmbər (s.ə.a.s) minbərə qalxıb uca səslə dedi: "Ey sözdə Islamı qəbul edib imanı hələ qəlbində yerləşdirməyənlər. Müsəlmanlara əziyyət verməyin, onları utandırmayın, onların eyiblərini üzə vurmayın! Öz qardaşı müsəlmanın eybini (fiziki nöqsanını - Z.Q.) üzə vuranın eybini Allah üzə vurar. Allah kimin eybini üzə vursa, bu adam miniyin qarnına girsə belə, ifşa edilər".

Allaha şükür ki, bu hədis səhihdir. Müsəlmanlara əziyyət verməyi, onları utandırmağı, fiziki nöqsanlarını üzə vurmağı yasaq edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.