Cəmiyyət

Çətinlik mütləq gələcək

26 Fevral 2022 19:50
0 Şərh     Baxış: 638
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Allah taala öz Rəsuluna (sallAllahu aleyhi və səlləm) "Həqiqətən, biz Quranı sənə nazil etdik" (əl-İnsan, 23) buyurduqda gözlənilirdi ki, arxasınca Allah taala bu Quranın nazil olmasına görə Rəbbin nemətinə şükür edilməsini buyuracaqdı. Lakin, Uca Allah buyurdu: "Rəbbinin hökmünə səbir et!" (əl-İnsan, 24)

Bu ayə sübutdur ki, Qurani-Kərimin buyurduqlarını yerinə yetirən və onları bəyan edən hər bir kəs həqiqi səbrə ehtiyac duyulan çətinliklərlə qarşılaşacaq.
Eləcə də Loğman surəsi 17-ci ayədə, Loğman öz oğluna bu cür nəsihət edir: "Oğlum! Namaz qıl, yaxşı işlər görməyi əmr et, pis işləri qadağan elə. Başına gələn çətinliklərə səbr et. "
Bu ayə dəlildir ki, namaz qılıb, yaxşı işlər görməyi əmr et, pis işləri qadağan elədikdən sonra mütləq bir çətinlik gələcəkdir.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.