Cəmiyyət

Bakıda 44 yaşlı kişi kafedə bıçaqlanıb

5 Fevral 2022 08:18
0 Şərh     Baxış: 642
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bakıda 44 yaşlı kişi bıçaqlanıb.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Xətai rayonunda yerləşən kafelərdən birində qeydə alınıb. Belə ki, 1978-ci il təvəllüdlü Bayramov Namiq Novruzəli oğlu tanımadığı şəxs tərəfindən bıçaqlanıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol qulaq seyvanının, alın nahiyəsinin və döş qəfəsinin orta səthinin kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.