Cəmiyyət

Gürcüstan XİN-dən Gəncə qapıları ilə bağlı - Açıqlama

4 Fevral 2022 23:05
0 Şərh     Baxış: 1 627
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gəncə qapıları məsələsi Gürcüstan-Azərbaycan ikitərəfli əlaqələrinin gündəliyində deyil.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mari Narçemaşvili deyib. Bildirib ki, Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır və iki ölkə arasında mədəniyyət sahəsində geniş əməkdaşlıq əlaqələri var.

"Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır və bu ölkələrimiz arasında genişmiqyaslı iqtisadi əməkdaşlıqla təsdiq edilib. Gəncə qapıları məsələsinə gəlincə bu, Gürcüstan və Azərbaycan arasında ikitərəfli əlaqələrin gündəliyində deyil. Müvafiq olaraq, bu məsələ Azərbaycan və Gürcüstan arasında hökumətlərarası birgə iqtisadi komissiyasının protokolunda əks olunmayıb", - deyə XİN rəsmisi bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.